Yazını böyüt
Yazını kiçilt
Göygöl rayonunda "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı iri daşa çırpılıb.
Hafta.az-ın "Report"-a istinadən məlumatına görə, qəza Yeni Zod ərazisində baş verib.
Hadisə nəticəsində 1994-cü il təvəllüdlüİbrahim Tağıyev xəsarət alıb. Qeyd edilir ki, yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan digər şəxs xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.